Mebellərin sökülüb yığılması

Mebel daşınması, həmçinin yığılması və sökülməsi yalnız mütəxəssislər tərəfindən etibar edilməli olan vacib və məsuliyyətli bir prosesdir. İşçilərimizlə görülən bütün işlərə zəmanət verilir.

Daşınma zamanı mebellərin yığılması və sökülməsini bizə əmanət edə bilərsiz

Işçilərimiz bütün lazımi bacarıqlara sahibdirlər, istənilən daxili əşyaları səriştəli və sürətlə şəkildə  sökə bilərlər. Yumşaq mebellərin, daxili qarderobların, mətbəx dəstlərinin və s. sökülməsi və yığılması sahəsində kifayət qədər təcrübəyə malikdirlər. Bundan əlavə, ustalarımız:

  • işlərində peşəkardırlar, müasir vasitələrdən istifadə edirlər;
  • sonrakı montajı asanlaşdırmaq üçün bütün hissələri işarələyirlər;
  • daşınan əmlaka görə maddi məsuliyyət daşıyıb, ona mümkün qədər diqqətlə yanaşırlar;
  • sürətli, lakin diqqətlə və hərtərəfli işləyirlər.

Təbii ki, bu işin öhdəsindən  özünüz gəlməyə çalışa bilərsiniz, amma bu vəziyyətdə mebelinizin təhlükəsizliyinə heç kim zəmanət vermir. Bağlayıcılara zərər verə, lazımi hissələri itirə, kövrək materiallara zərər verə bilərsiniz. Peşəkar işçilərimizlə bu cür bəlalardan sığortalanacaqsınız.